Şənbə, 18 May

"Vardanyanın vəzifədən uzaqlaşdırılması yaxşı heç nə vəd etmir" - Mosiyan

image

“Ruben Vardanyan “mübarizənin simvolu”na çevrilib, onun vəzifədən uzaqlaşdırılması yaxşı heç nə vəd etmir”.

Xəbər verilir ki, bu barədə qondarma qurumun “siyasətçi”si Artur Mosiyan danışıb.

O, Arayik Arutyunyanın Ruben Vardanyanı niyə dövlət naziri vəzifəsindən azad etdiyini izah edib:

“Bu, Əliyev və Nikolun tələbidir. Mən həmişə demişəm ki, onlar “artsax”ı maraqlandıran istənilən məsələdə sinxron hərəkət edirlər. İnsanlar bunu görmürlərsə, bu, onların günahıdır”, – deyə Mosiyan əlavə edib.

O, Paşinyanın Artsaxı təslim etmək üçün hakimiyyətə gətirildiyini və bundan sonra hamının buna daha çox əmin olduğu fikrini ifadə edib:

“Qorxuram ki, xalq bu bədbəxtliyi qovmasa, yalnız “artsax”la məhdudlaşmayacaq və başqa yerlərdə də belə olacaq. Ermənistan hakimiyyətinin “artsax” və Ermənistanın fundamental hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qısa müddətdə xalq buna əmin olacaq”, – deyə Artur Mosiyan əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41